İran

Təbriz hava limanında uçuşlarla ilgili durum

Bu ilin xordad ayına nisbət tirdə Təbriz hava limanında uçuş sayı yüzdə 6-dan, müsafirlərin yüzdə 4-dən çox artdığı deyilib. Bu barədə Şərqi Azərbaycan ustanının Hava Limanları Baş İdarəsinin rəisi Ramin Azəri bildirib. Məlumata görə, koronavirusun yayılmasından sonra ölkələrin demək olar ki, bütün giriş və çıxış nöqtələrinin məhdudlaşdırıldığı açıqlanıb. Xarici və daxili uçuşlar, məhsulların tranziti də mərizliyin təsirinə məruz qalıb. Ramin Azəri bu ilin tirində Təbriz hava limanında 878 uçuşun olunduğunu bildirib. Bu da xordaddakı 826 uçuşla tutuşduranda yüzdə 6 artım deməkdir.
“Təbriz hava limanından uçan müsafirlərin sayı xordad ayında 90 983-dən tirdə 94 714 müsafirə qədər artıb. Bu da yüzdə 4 artımdan xəbər verir”, – deyə məsul bildirib.
Beləliklə, Təbriz hava limanının uçuşlarında ötən ilin tir ayına görə yüzdə 15 azalma var.

Related Articles

Bir cavab yazın

Back to top button