Dünya

Amerikanın Nəsrullaha mesajı: Hizbullah əməliyyatını davam etdirərsə İranı bombardman edərik.

“Amerika mesaj göndərib ki, Hizbullah əməliyyatını davam etdirərsə İranı bombardman edərik.” bunu Livan Hizbullahının baş katibi Həsən Nəsrulla HƏMAS-İsrail müharibəsindən sonra ilk çıxışında deyib.

“Bizim Müqavimətimizi necə hədələməyə cəsarət edirsiz? Sizin Aralıq Dənizində gəmiləriniz bizi qorxuda bilməz, arxayın olun ki, onları vura bilərk.”-deyə Nəsrulla noyabrın 3-ü ilk video-çıxışında Amerikaya xitab olaraq deyib.

Baş katib sözlərinin davamında əlavə edib: “Amerika bölgədə müharibənin qarşısını almaq istəyirsə İsrailin Qəzzaya həmləsini dayandırmalıdır.

Livan cəbhəsində bütün ehtimallar var və qüvvələrimiz hər hansı varianta hazır olmalıdır.

HƏMAS-ın zəfəri Livanın xeyrinədir. HƏMAS zəfər çalmalıdır.

Hazırda 2 məqsədimiz var: Qəzzaya həmlənin dayanması və HƏMAS-ın zəfəri. Bölgədə hərbi birləşmələrə də təşşəkkürümü bildiriəm.”

Qeyd edək ki, Hizbullah bir neçə gün öncə Noyabrın 3-ü günortadan sonrayadək Qəzzaya həmlənin dayandırılması tələbi ilə İsrailə xəbərdarlıq edib.

Related Articles

Bir cavab yazın

Back to top button