Dünya

Amerikanın nüvə razılaşmasına qayıtması müzakirə ediləcək

İran və atom anlaşmasına üzv ölkələr Amerikanın anlaşmaya qayıtmasını müzakirə edəcəklər. Avropa Komisyonunun açıqlamasına görə, toplantıya Avropa Birliyinin Xarici İlişkilər Servisinin baş dəbirinin müavini Enrike Moran rəhbərlik edəcək. Onlayn görüşdə Rusiya, Çin, İngiltərə, Alman və Fransadan nümayəndələrin də iştirak edəcəyi bildirilib. Toplantıda özəlliklə Amerikanın “Hərtərəfli Birgə Fəaliyyət Planı”na qayıtması müzakirə olunacaq.
Qeyd edək ki, Amerika keçmiş prezident Donald Trampın qərarı ilə 8 mey 2018-ci ildə “BƏRCAM” atom anlaşmasından çıxıb. Bununla da İrana qarşı təhrimlər gücləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button