AzərbaycanDünya

Amerikanın Yəhudi təşkilatının təmsilçiləri Xocalı faciəsi ilə bağlı bəyanat yayıb

Amerikanın “Vaad Latzolas Nidchei Yisroel” yəhudi təşkilatının Amerika, İsrail və Azərbaycandakı təmsilçiləri Xocalı faciəsi ilə ilgili birgə bəyanat yayıb. Bəyanatda təşkilat təmsilçilərinin 26 fevriyyə 1992-ci ildə Azərbaycan Cümhuriyyətinin Xocalı şəhərində törədilmiş soyqırımı olayını qətiyyətlə qınadıqları bildirilib. Habelə Xocalı şəhərinin günahsız sakinlərinin yalnız azərbaycanlı olduqları üçün vəhşicəsinə işgəncələrə məruz qoyulduqları vurğulanıb. Sənəddə Xocalı soyqırımı insanlığa qarşı cinayət kimi qiymətləndirilib.
“Bütün dünya ictimaiyyətini və beynəlmiləl təşkilatları bu dəhşətli olayı insanlığa qarşı cinayət və soyqırımı kimi tanımağa çağırırıq”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, sənəd yəhudi təşkilatının İsraildəki nümayəndəsi Şmuel Semantov, Azərbaycandakı təmsilçisi Zamiq İsayev və Amerikada nümayəndəsi Elisha Lagransky tərəfindən imzalanıb.

Related Articles

Bir cavab yazın

Back to top button