Əlirza Fərşi cari həftə ərzində vəziyyəti və tibbi məzuniyyətə buraxılması ilə bağlı açıqlama verilməyəcəyi təqdirdə aclığa başlayacağını bildirib.
O, dekabrın 4-də gözünə edilən cərrahi əməliyyata görə baxış keçirilməli və tikişlərin götürülməli olduğunu, ancaq həbsxana rəhbərliyinin bununla bağlı heç bir tədbir görmək istəmədiyini qeyd edib.
Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.
Bir müddət sonra ona qarşı açılan yeni cinayət işinə görə, həbs cəzası 2 il artırılaraq 4 il çatdırılıb.