Dünyaİran

“Anadolu” Agentliyi: İran Əsəd rejimini yanacaqla təmin edir

İran Əsəd rejiminə yanacaq göndərərək bölgədəki mövqeyini möhkəmləndirməyə çalışır. Bu barədə “Anadolu” ajansı bilgi yayıb. Bildirilib ki, İran hakimiyyəti Suriyanın stratejik imkanlarından istifadə etmək üçün keçən ay Bəşar Əsəd rejiminə 5 milyon boşqaya yaxın nəft göndərib. Məlumata görə, Tehran marsdan bəri Suriyanın Hələb, Dəmeşq və Tərtus kimi sıx şəhərlərində artan yanacaq böhranı qarşısında Bəşar Əsəd rejiminə dəstəyini çoxaltmaqla mövqeyini gücləndirməyə çalışır.
Belə ki, İran keçən ay “Arman 114”, “Sam 121”, “Daran” və “Romina” adlı dörd nəft tankeri ilə Suriyaya 3 milyon boşqadan çox nəft göndərib. Bu həftə Suriyanın liman şəhəri Baniasa 1 milyon 500 min boşqa daha nəftin çatdırılacağı gözlənilir.
Beləliklə, İran Bəşar Əsəd rejimini dəstəkləmək üçün son bir ayda Suriyaya 5 milyon boşqa nəft göndərmiş olacaq.
Təhlilçilərin fikrincə, İran Bəşər Əsədin hakimiyyətdə qalması öhdəliyinin bir parçası kimi çıxış edir.

Related Articles

Bir cavab yazın

Back to top button