Azərbaycanİran

Araz çayı sahillərində salınan meşənin 130 hektari məhv olub

Araz çayı sahillərində torpağın dağılmasının qarşısını almaq və turistik bölgə yaratmaq məqsədilə 250 hektara yaxın sahədə salınan meşənin 130 hektarı baxımsızlıqdan məhv olub. Qalan hissəsi isə acınacaqlı durumdadır. Məsələ ilə bağlı Arazın Su Qurumunun müdiri Zakeri açıqlama verib. Onun sözlərinə görə, meşəliyin məhv olmasının əsas səbəbi baş verən yanğınlar və ağacların öz mənfəətini güdən şəxslər tərəfindən kəsilməsidir. Məlumata görə, Arazın Suyu Qurumu ilə Makı Azad Ticarət Bölgəsi İdarəsi 1397-ci ilin fərvərdində anlaşma imzalayıb. Anlaşmaya əsasən, meşəliyin 120 hektarının canlandırılması məsələsi Makı Azad Ticarət Bölgəsi İdarəsinə həvalə edilib. Ancaq idarə tərəfindən icra əməliyyatına hələ də başlanılmayıb. Zakeri meşəliyin Qərbi Azərbaycanda turizm bəxşinin gəlişməsi baxımından önəminə diqqət çəkib. Məsulların nəzarəti ilə buranın turistik bölgəyə çevrilə biləcəyini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button