Azərbaycan

ARAZ ÇAYI ÜSTÜNDƏ KÖRPÜ TİKİLMƏSİ RAZILAŞMAYA ƏSASLANIR

Azərbaycan mətbuatında İranın Araz çayı üstündə körpü tikməsi ilə bağlı bəzi xəbərlərin yayılmasından sonra, bu ölkənin xarici işlər vəzirinin müavini bu xəbərləri və iddiaları təkzib edərək bildirib ki, iki ölkə arasında imzalanan 2016-cı il razılaşmasına əsasən, tərəflər Araz çayı üstündə hər iki ölkənin hakimiyyət haqqı , torpaq bütövlüyü və mənafeyi əsasında Xudafərin və Qız Qalası sədləri və niruqahlarının tikilməsi və istifadəsinin davam etdirilməsi sahəsində birlikdə fəaliyyət göstərirlər.

İSNA xəbər verir ki, Azərbaycan xarici işlər vəzirinin müavini Xələf Xələfov bu barədə, “Araz çayı üstündə Xudafərin və Qız Qalası sədləri və niruqahlarının tikintisi və istifadəsi sahəsində həmkarlıq haqqında 23 fevriye 2016-cı il tarixində razılaşma imzalanıb və Azərbaycan və İran hökumətləri bu razılaşmanın tərəfləridir”, – deyə bildirib.
Onun sözlərinə görə, hər iki ölkənin hakimiyət haqqına və torpaq bütövlüyünə ehtiram bu razılaşmada öz əksini tapıb. Bu qaydalara əsasən, razılaşmada Birləşmiş Millətlər Sazmanının qətnamələrinin şərtlərinə uyğun olaraq Azərbaycanın torpaq bütövlüyünün təmin olunmasının vacibliyi vurğulanır.
Razılaşmanın icrası ilə bağlı mətbuatda dərc olunan məsələlərə işarə edən Azərbaycan xarici işlər vəzirinin müavini, “körpülərin tikilməsi ilə bağlı mətbuatda yer alan məsələlər bu razılaşmaya uyğun olaraq və Xudafərin və Qız Qalası sədləri və niruqahları tərhlərinin icrası çərçivəsində qiymətləndirilməlidir”, – deyə əlavə edib.
Xələfov deyib ki, bu, iki ölkənin məclisləri tərəfindən təyid edilmiş və qanuni hökm tapan anlaşmada öz əksini tapıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close