Azərbaycan

Arif Rəhimoğlu son yolçuluğuna uğranırkən!

2022/04/14 soyuq və yağmurlu bir gündə, Yöteburq şəhərinin Vestra Şirka məzarlığının böyük törən salonunun içi və dışı tıqlım-tıqlım insan toplusundan dolmuşdur. Salon tək anlamıyla “DUYĞU” yaşayırdı. Hər kəsin göz yaşları yanaqlarından axır, Arif ırmağına cümürdü

Yanaqlar süzgün, görünüşlər üzgün, gözlər axar idi. Bəlli ki, Arif bəyin kədərli gedişinin geri dönüşünü qəbul etmişdirlər. Onlar üçün bu qəbulluq çox çətin görünürdü. Axı, onlar hər zaman dar durumda qalsalar, bir Arif qardaşlarına, böyüklərinə və sırrdaşlarına alışmışdırlar. Onların göz onunda, bayrağına bürünmüş Arif bəyləri, ağabəyləri son görüşlərinə gəlmişdir. Bu durumda onlar nə etsinlər, nə yapsınlar? Onları rahatlayacaq ancaq səssiz-səssiz axan gözyaşarı idi. Arif ağabəylərı uğruna tökülən göz yaşları yüzlərlə törənə qatılanların təsəllisidi.  Doğrusu da, bu idi. Çünki, canlardan canan popmuş idi. çünki, ay-ulduzlu bayrağımıza sarılma şərəfi yaşayan bir hayatın sonu gəlmişdir. Çünki, Azərbaycan vətəni üçün, 50 milyonluq milləti üçün, Türk adına adanmış bir bilgəmiz üçün meracın yolu görünmüşdür. Çünki, arasız, gecə-gündüzlü bir DOST son yolçuluğuna uğurlanırdı.

Göz yaşı var sel tək axar, ancaq ürək bilmədən,

Göz yaşı var, ürək olar, inci tək gözdən axar!

Göz yaşı var, dəm-dəm axar, bəlkə gözə görünsün,

Göz yaşı var, səssiz-səssiz insanı içdən yaxar!

Salon, Arif sayağı ağır, Arif sayağı sayğın, Arif sayağı dolğun və Arif sayağı səssiz və düşüncəli görünürdü. Kimsə kimlərə görə deyil, yalnız içində bulunduğu kədərdən qurtulmaq üçün göz yaşı tökürdü. Kimsə, kimilərin xatirinə mazarlığa gəlməmişdir. Hərkəs “Arif”bəyi üçün orada toplaşib, ağabəyi üçün içini çəkirdi. Yuxarıda qeyd olunduğu kimi, sözün önü və sönü “DUYĞU” idi! Arif bəy haqqında bilimsəl danışacaq çox söz var idi. 10-15 nəfər buna çalışsa da, sonuç istənilən bilimsəl qata olaşamadı! Ona görə ki, kövrək ürəklə, yaşlı gözlə, tutqun buğazla istənilən haqq əda edilə bilməzidi! Bu üzdən, hərkəsin beyini deyil, kədərli ürəyi danışdı! İlk danışandan son danışana qədər hərkəs duyğuya təslim olmuşdu. İlk danışan ailə tərəfindən qızı “Türkay” xanım duyğularına hakim olsun deyə, yazılı çıxış etməyə çalışsa da, atasının qarşısında ayaqda durmaqda zorluq çəkdi. Azərbaycan siyasətinə damğa vuran “Bakı”dan dost görüşünə qoşmuş “İsa Qəmbər” bəy bütün ustalığına rəğmən gözyaşlarına təslim oldu:

Çünki, dərviş dərgahıdır ariflərin məkanı,

Çünki, axar ağ buluddur maarifin ərkanı!

Doğrudur, Arif Rəhimoğru dərk ilə, dərvişin, məcnun ilə liylinin, acı ilə dadlının məcunu bir insan oğlu olmasını bacarmışdı. O, çevrəsinə yağan min bərəkətli bulud oldu. Elə bulud ki, yağarkən aydınlıq, susarkən yaşıllıq oldu! Buna görə hərkəsdə min budaqlı yaşam anıları yaşaddı. Uşaqla uşaq, böyüklə sırdaş oldu. Dədlinin kədərini paylaşdı. Alimlə bilimsəlləşdi. Siyasətçi ilə siyasiləşdi. Vətənin sınırlarını danışdığı dilə, yaşadığı kültürə, nisgili olduğu türklüyünə bağladı. Azərbaycanlıyam deyən hərkəsə qucaq açdı. Özünün ümidə ehtiyacı olduğu anda hərkəsə ümid qaynağı oldu. Acı danışmaqdan qaçındı. Dünyanın dadlı kanı, gözəllər məkanı olmasa da, olacağına yaşadı!

İnsan var ki, dadlıları zəhər edər, qatıl olar insanlara,

İnsan var ki, acıların qatqısından dərman bular insanlara!

İnsan var ki, nəfəsilə insanların yaşamının tinin kəsər,

İnsan var ki, hər dəmində, insanlara acı verən qəmin kəsər!

Arif bəy, aramızdan köçdü! Amma, bizə elə anılar yaşatdı ki, ömür varkən onun etgin ruhu millət-vətən səmasında ulduz kimi parlayacaq!     O, yüzlərcə bilimsəl çıxışa imza atdı. 20-yə yaxın kitab yazdı. Yayılmamış bir çox irsini sevənlərinə buraxdı. O, sevilən ülvi atalıq örnəyi oldu. İnamlı, inadlı bir Türk kimi yaşadı. Əyilməzlik, sarsılmazlıq, sürəkli ümid örnəyi oldu Azərbaycanımıza! O, dövlət adamının necə olduğunu, türlü rüşvətlərə, karrupsiyalara böyün əymədiyini gənc nəsillərə öyrətdi. Demokrat, çağdaş, laik olmaq insan olmaq deməkdir, Arif müəllim bunu hərkəsə göstərmiş oldu. O, bütün gücü və inac ilə bağlı olduğu ölməz Ə. Elçibəy yoluna çirağ oldu. “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə” devizinin bir milli ideolojik strategiya olduğunu yorulmadan savundu və yılmadan duyurdu. Dildə, ruhda, amacda, yolda, kültürdə və davada bütövləşmənin baş memarlarından biri oldu. Ona görə, Millət, Azərbaycan Türk Milləti olaraq vahiddir. Dövlət, Bütöv Azərbaycan Dövləti kimi bütündür! Bütövləşmə isə, 55 milyonluq bir bütöv millətin “ Dildə, Düşdə, İşdə” varlığı ilə anlam tapır. O, kimsənin fikrini qapmadı! Bütün fikirləri öyrəndi, yeni-yeni fikir yürətdi. Pul-para, məqam, mənzilət, ad-san və böyüklük dalına düşmədi. Bu dünyanın alışmadığı bilgin yaşamı, səssiz yazmağı, iddiasız danışmağı, dərviş olmadığı halda dərviş kimi yaşamağı seçdi.

Mən, qardaşdan ötə bir arxadaş itirdim! 30 il öncə Vətənin göbəyi Təbrizdə, tanış olduğum, Bakıda Ə. Elçibəyin başçılığında yaranan “Bütöv Azərbaycan Təşkilatları Kardinasya Şurasında”(BATKŞ), Bütöv Azərbaycan Birliyində (BAB), Yöteburqda “Azərbaycan Kurslar Dərnəyi”ndə (Babək), “Batı Yötaland əyalətində ”Batı Yötaland Azərbaycan Evi Birliyində (AZEV), İsveçdə “İsveç- Azərbaycan Federasyonu”nda (AZFİ) kimi bir çox qurumlarda omuz-omuza yürüdüyüm bir millət fədaisini itirdim. Gözlərində öpən ən son dost oldum. Onun yoxluğunda ən çox boşluqda qalan yaxınlarından biri kimi özümü toparlamağa çalışacağam. Çünki, böyük insanların gedər yolu ağır, sorumlu və bəzən qaranlıqdır. Mən, önün yolunu açıq saxlayacaq birisi kimi özümü Arif qardaşıma deyil, onun kimi millətimə və vətənimə borclu sanıram. Bu yolda Arif qardaşım qədər olmasam da, dərindən inanclıyam.

“Orda bir yol var, uzaqlarda!

O yol bizim yolumuzdur,

Varmasaq da, görməsək də,

O yol bizim yolumuzdur”!

O yol Atatürk yolu, Ənvərlər yolu,

Rəsulzadələr ilə, ELçibəy yolu,

Zehtabilər yolu, Həsənlər yolu,

Ariflər yoludur Savalan yolu!

Ömür su kimi axır, keçir. Bugün Arifi Qurbət torpağına tapşırdıq. Yarın Ariflərin, Zehtabilərin, Dəmirçilərin, Atatürklərin, Elçibəylərin, Rəsulzadələrin heykəlinin Təbrizdə yüksəlməsi ümidilə!

Related Articles

Bir cavab yazın

Back to top button