Dünya

“Asia Times” İran təyyarəsinin mümkün silah yükü ilə Myanmaya eniş etdiyini yazıb

"Aznews tv"ın xəbərinə görə, İran təyyarəsi dünən səhər saatlarında Myanmanın paytaxtı Neypidoya eniş edib.

“Asia Times” qəzeti İran İslam Cümhuriyyətinə məxsus təyyarənin Myanmaya enməsi və ölkəyə hərbi silahların gətirilməsi ehtimalı barədə məlumat yayıb.

“Aznews tv”ın xəbərinə görə, İran təyyarəsi dünən səhər saatlarında Myanmanın paytaxtı Neypidoya eniş edib.

Sözügedən təyyarədə ölkə hökuməti üçün hərbi texnikanın gətirildiyi güman edilir.

Məlumatlı bir mənbənin çərşənbə axşamı təyyarə eniş etməzdən əvvəl sözügedən qəzetə bildirdiyinə görə, həmin təyyarə Myanmaya içərisində hərbi avadanlıqların olduğu güman edilən 21 qutu gətirməli idi.

Başqa bir məlumata görə isə, İran təyyarəsi Suriya müharibəsində istifadə olunaraq sınaqdan keçirilmiş bir sıra insansız uçaq və kimyəvi silahları Myanma hökumətinə təhvil verib və daha sonra Amerika dolları ilə İrana geri qayıdıb.

Related Articles

Bir cavab yazın

Back to top button