İran

İranda daha iki nəfər xristianlığı qəbul etdiyi üçün həbs edilib

İran məhkəməsi ölkədə xristianlığı qəbul etmiş iki vətəndaşın yenidən araşdırılma tələbini rədd edərək, sırf onların dini inanclarına əsaslanan həbs hökmünü icra edib.

İran məhkəməsi ölkədə xristianlığı qəbul etmiş iki vətəndaşın yenidən araşdırılma tələbini rədd edərək, sırf onların dini inanclarına əsaslanan həbs hökmünü icra edib.

“Aznews tv”xəbər verir ki, bu barədə insan haqları qrupları fevralın 16-da məlumat yayıblar.

Bildirilir ki, dini inanclarına görə Hadi Rəhimi 4 il, Səkinə Behcəti isə 2 il həbs cəzasına məhkum edilib. Rəhimi hazırda ötən aydan etibarən Evin zindanındadır.

Sözügedən şəxslər Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 2020-ci ilin yayında “ölkədə əmniyəti pozmağı hədəfləyən qruplarda üzv olmaq” kimi saxta suçlarla ittiham olunublar.

Qeyd edək ki, İranda qeyri-islam inanclarına sahib insanların, özəlliklə xristianların təqiblərə məruz qalması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının İran üzrə xüsusi məruzəçisi Cavid Rəhman tərəfindən dəfələrlə hesabatlar hazırlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button