Dünya

Türkiyə hər zaman Azərbaycanın yanında olacaq

Türkiyə Azərbaycana yönəlmiş təxribatlara qarşı bundan sonra da qardaş ölkəmizin yanında olmağa davam edəcək. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin üzvü, İzmir millət vəkili Atilla Sertel deyib. Türkiyəli siyasətçi Azərbaycan-Türkiyə nizami təlimlərinin buna bariz nümunə olduğunu bildirib.
“Naxçıvanda, Bakıda və başqa bölgələrdəki birgə təlimlər bir daha bunun təsdiqidir. Biz qardaşıq. Bu qardaşlıq bayraqlarımızın dalğalandığı müddətdə davam edəcək. Azərbaycanın mərz bölgəsində törədilən təxibatları Türkiyə xalqı qınayır. Hesab edirəm ki, bundan sonra da Azərbaycana qarşı hər hansı bir təxribat baş verərsə, Türkiyə diplomatik və nizami yöndə qardaş ölkənin yanında olacaq

Related Articles

Bir cavab yazın

Back to top button