AzərbaycanBölgə

Aşqabadda “Türkmənistan-Azərbaycan-Türkiyə” formatında sammit keçiriləcək

Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyə sammitinin keçirilməsi planlaşdırılır.

Bu barədə “Neytral Türkmənistan” qəzeti Türkmənistan Parlamenti Xalq Məsləhətinin (yuxarı palata) sədri sədri Qurbanqulu Berdiməhəmmədovun Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşündən sonra məlumat verib.

Q.Berdiməhəmmədov qeyd edib ki, “Türkmənistan-Azərbaycan-Türkiyə” formatında üçtərəfli tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir və Aşqabad tərəflərin dekabrın əvvəlinə planlaşdırılan görüşünə ev sahibliyi etməyə hazırdır.

Üçtərəfli sammitə hazırlıq çərçivəsində ölkələrin xarici işlər, nəqliyyat və energetika nazirləri arasında ayrı-ayrılıqda görüşlər keçirilir və yüksək səviyyəli görüş zamanı imzalanacaq sənədlər üzərində iş aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button