İran

Associated Press: İran xalqının seçki qutusu vasitəsi ilə hansısa dəyişikliyə ümidi yoxdur

İran xalqı ölkədəki indiki durumddan dərin narazılıq hissi keçirir.
Əli Xamenei və başqa hökumət məqamları bu həftə keçiriləcək prezident seçkilərində davamlı olaraq insanları iştirak etməyə çağırsalar da, İran əhalisinin bir çoxu ölkədə dəyişikliyin seçki yolundan keçmədiyinə inanır.
“Associated Press”in verdiyi məlumata görə, yalnız çox az sayda iranlı seçkilərdə iştirakının ölkəni böhrandan çıxaracağını gözləyir. Bunun əksinə, bir çoxları ya qərarsızdır ya da seçkiləri boykot etmək fikrindədir və hökumətin onların həyatını yaxşılaşdıracağına inanmadıqlarını bildirirlər.
Bir çoxları hesab edir ki, var-dövləti və imkanı olanlar ölkədəki durumun dəyişməsini gözləməyərək, əllərində olan hər şeyi götürüb İranı tərk edirlər. Belə bir acı yanaşma yüz minlərlə iranlını problemli ölkələrini tərk etmək və dünyanın başqa yerlərində özlərinə daha yaxşı həyat qurmaq şansını sınamağa sövq edir.
Bununla belə, “Associated Press”in verdiyi bilgiyə görə, iranlıların ümumi düşüncəsi budur ki, kimin prezident olmasının heç bir önəmi yoxdur, çünki ölkədəki durum həmişə eyni olub. İranlıların əksəriyyəti ölkədəki durumdan narazıdır və daha yaxşı gələcək üçün çox arzuları var.

Related Articles

Bir cavab yazın

Back to top button