Dünyaİran

Aviqdor Liberman: “İsrailin İranla nizami qarşıdurması qaçılmazdır, bu artıq zaman məsələsidir”

İsrailin maliyyə vəziri Aviqdor Liberman oktyabrın 21-də mətbuata açıqlamasında dünya güclərinin Vyəndə İranla apardığı atom danışıqlarının nəticə verməyəcəyini vurğulayaraq, ölkəsinin İranla nizami qarşıdurmasının qaçılmaz olduğunu bildirib.

O deyib ki, İran Quzey Koreni özünə nümunə götürərək və Vyən danışıqlarından boyun qaçıraraq atom proqramını sürətlə gəlişdirir.

“Hesab edirik ki, heç bir diplomatik addım və ya razılaşma İranın atom proqramını irəli aparmasına mane olmayacaq.

Elə buna görə də güman edirəm ki, İsrailin İranla nizami qarşıdurması qaçılmazdır. Bu artıq zaman məsələsidir, ancaq bu vaxt və müddət çox uzun çəkməyəcək və sonunda onun zamanı gəlib çatacaq.

Bu gün İran mövzusu dünya çaplı bir məsələdir, ancaq ondan da öncə demək olar ki, bizim məsələmizdir.

İran rəhbərləri isə açıq-aşkar bildiriblər ki, onların siyasəti və hədəfi İsraili məhv etməkdir. Onların hədəfi və bu niyyəti ciddidir. Biz isə buna icazə verməməliyik.

İsraildə isə bəziləri ordunun büdcəsinin artırılmasından heyrətlənərək bununla bağlı müxtəlif suallar verirlər, halbuki bu büdcə artımı İsrail ordusunun nizami qabiliyyətinin gücləndirilməsi və daha da gəlişdirilmiş nizami sistemlərin satın alınması üçün zəruridir”, -deyə Aviqdor Liberman qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button