İran

Vasiqi qardaşları ərdəbil zindanına qayıdıblar

Ərdəbilli milli-mədəni fəallar Əli və Rza Vasiqi qardaşları 20 oktyabr axşam saatlarında mürəxəsi müddətlərinin bitdiyi üçün iki illik həbs cəzalarının qalan hissəsini çəkmək üçün Ərdəbil zindanına geri qayıdıblar.

Rza Vasiqi 27 sentyabr, Əli Vasiqi isə 5 oktyabr tarixində girov qarşılığında mürəxəsiyə buraxılmışdılar.

Rza və Əli Vasiqi qardaşları 2020-ci il juən ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurları tərəfindən tutulublar.

Tutlma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

Gecə traketləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə çaba”da ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button