İran

Azərbaycanlı fəallar Səccad Coulaniyə dəstək veriblər

Azərbaycanlı fəallar övladına “Ayıl” adının verilməsi ilə bağlı Səccad Coulaniyə dəstəklərini ifadə ediblər. Belə ki, fəallar Ərdəbil şəhərinin küçələri boyunca “Ayıl siyasi bir anlayışdır”, “Uşaq adları eyni dildə deyil” şüarlarını yazıblar. Bu addımları ilə onlar fars rejiminin radikal mövqeyinə etirazlarını bildiriblər.
Bildirək ki, azərbaycanlı mədəni fəal Səccad Coulani 7 aylıq qızına “Ayıl” adının verilməsi məqsədilə Ərdəbilin Səbte Əhval İdarəsinə müraciət edib. Nəticədə “Ayıl” adının qurum tərəfindən tərtib olunmuş listdə olmadığı bildirilib. Bu səbəbdən də uşağın valideynlərinə müvafiq listədən ad seçə biləcəkləri deyilib. Məsələ ilə bağlı fəal “Anadolu” xəbər ajansına müsahidə verib.
“Səbte Əhval İdarəsindən mənə bildirildi ki, Tehranda fars dili və ədəbiyyatını tədris edən üç nəfər bununla bağlı son təsmim tutacaq. Onlar da buna qarşı çıxdılar və qızıma bu adı qoymağa mane oldular. Həmin mütəxəssislər mənə “Ayıl” adının “İran fərhənginə uyğun olmadığını” söylədilər”, – deyə Səccad Coulani vurğulayıb.
Fəal “Ayıl” adının xalq fərhənginə tam uyğun olduğunu, “oyanmaq, agah olmaq” mənasına gəldiyini açıqlayıb.
Qeyd edək ki, Səccad Coulani ötən il septambrın 29-da Ərdəbilin Ciral parkında Qarabağa dəstək mitinqində tutuqlanıb. Həbs edilən zaman ona qarşı fiziki şiddət tətbiq olunub, bir müddət sonra isə fəal vəsiqə qarşılığında azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button