Dünyaİran

Avropa Birliyi İrana qarşı yeni sanksiyalar paketini təsdiqlədi

Bununla bağlı qərar bu gün Brüsseldə xarici işlər nazirlərinin iştirakı ilə keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul olunub.

Almaniyanın xarici işlər naziri Annalena Berbuk bildirib ki, bu sanksiyalarla Avropa Birliyi Tehrandakı İran rejiminə yeni, birmənalı siqnal göndərir.

“İnsan haqları bölünməzdir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun güc dairəsinə və onun maliyyələşməsinə təsir edən növbəti sanksiyalar paketini yenicə qəbul etdik.

16 dövlətlə birgə biz İranda baş verən cinayətləri BMT İnsan Haqları Şurasının gündəliyinə salmağı bacardıq. Nə Tehranda, nə Məşhəddə, nə də İsfahanda heç kim törədəcəyi cinayətlərin nəticəsiz qalacağına inanmamalıdır. Avropa və dünya baş verənləri izləyir, biz izləməyə davam edəcəyik və daha çox sanksiya siyahı hazırlayacağıq”, -deyə, Annalena Berbuk bildirib.

Eyni halda Avropa Birliyinin İranın Rusiyaya PUA verməkdə şübhəli bilinən dörd şirkətini “qara siyahı”ya saldığı qeyd edilib.

Bununla yanaşı Britaniya da İranın rabitə və güc strukturlarına qarşı sanksiyalar tətbiq edib.

Sanksiya siyahısına İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur, kiberpolis rəhbəri Nasser Məcidi və müxtəlif hüquq-mühafizə orqanlarının regional bölmələrinin rəhbərləri daxil edilib.

Siyahıda ümumilikdə 24 nəfərin adı var.

Bu sanksiyalar İranda insan hüquqlarının pozulmasına görə məsul şəxslərə qarşı tətbiq edilir.

Eyni halda Avropa Birliyinin İranın Rusiyaya PUA verməkdə şübhəli bilinən dörd şirkətini “qara siyahı”ya salıb

Related Articles

Bir cavab yazın

Back to top button