İran

İranın üç yeni şirkəti Suriyaya sərmayə qoyacaq

Suriyanın Ticarət Nazirliyi İranın üç şirkətinə Dəməşq əyaləti və onun ətraf ərazilərinə investisiya qoymaq üçün yeni lisenziyalar verib.

Yeni şirkətlər İran və Suriya vətəndaşlığı olan iş adamlarına və investorlara məxsusdur və sözügedən şirkətlər bunlardır: “Studio Empress”, Ayət qardaşları” və “Qisare Media”.

“Empress Studio” şirkətinin təsisçisinin biri iranlı, digəri isə suriyalı olan şirkətdir. Əsas fəaliyyət mərkəzi kimi Dəməşq ətrafını seçib və televiziya, reklamla bağlı cihaz, alət və avadanlıqların ticarəti sahəsində fəaliyyət göstərəcək.

“Qisare Media” şirkəti film və televiziya yaradıcılığı və reklamı sahəsində fəaliyyət göstərəcək və baş ofisi Dəməşqdə olacaq.

“Ayət Qardaşları” şirkəti biri iranlı, digəri suriyalı olan sərmayədarlar tərəfindən yaradılıb və Dəməşq ətrafında tikinti materialları, dəmir və digər materialların ticarəti, idxalı və ixracı sahəsində fəaliyyət göstərəcək.

Related Articles

Bir cavab yazın

Back to top button