Bildirilib ki, Avropa Birliyi İranda insan hüquqlarının pozulması və bu ölkənin Ukrayna münaqişəsində Rusiyaya dəstək verməsi ilə əlaqədar İrana qarşı əlavə sanksiyalar tətbiq edib.
Məlumatda qeyd olunub ki, İrandan olan 1 hüquqi şəxs və 20 nəfər sanksiyalar siyahısına daxil edilib.
Açıqlamada bildirilib ki, Avropa Birliyi Şurası Rusiyaya pilotsuz uçuş aparatlarının istehsalı və tədarükü ilə bağlı 4 fiziki şəxsin və 4 şirkətin qara siyahıya salınması barədə qərar qəbul edib.