Dünyaİran

Avropalı di̇plomat İranın nüvə proqramından danışıb

Avropa Birliyinin xarici işlər vəzirləri gələn bazar ertəsi İranın atom proqramını müzakirə edəcək. Bunu adının açıqlanmasını istəməyən bir avropalı diplomat deyib. Onun sözlərinə görə, Xəlicdəki durum da vəzirlərin müzakirə mövzusu olacaq. O, bildirib ki, İran dərhal öz atom öhdəliklərini pozmağa son qoymalıdır. Qeyd edək ki, Avropa Birliyinin xarici siyasət üzrə başçısı Cosef Borel bir neçə gün öncə “atom anlaşması həssas mərhələdədir” deyə bildiriş edib. Borel Avropa Birliyinin xarici işlər vəzirlərinə yazdığı məktubda bildirib: “Biz atom və Amerika təhrimlərinin yeni mərhələsində çox nigaranedici dəyişikliyin şahidi olduq”.

Related Articles

Bir cavab yazın

Back to top button