İran

Avropalı güclər: İxtilaflar aradan qaldırılmayana qədər İranla heç bir razılaşma olmayaca

Viyana’da İranla atom danışıqları aparan üç Avropa ölkəsi – Britaniya, Fransa və Alman juənin 2-də birgə açıqlama yayaraq, Tehranla bütün ixtilaflı məsələlərin tam həll olunmasını istəyiblər.

Açıqlamada tərəflər arasında ixtilafa səbəb olan bir sıra məsələlərin ayrıntılarının tam həll edilməsinə çağırış edən avropalı güclər bildiriblər ki, Vİyəndə aparılan danışıqlarda Tehranla Qərb arasındakı ixtilaflar aradan qaldırılmayana qədər İranla heç bir anlaşma olmayacaq.

Açıqlamada deyilir ki, danışıqların sonrakı mərhələsində ən çətin və dolaşıq məsələlərlə bağlı qərar veriləcək.

“Biz danışıqlarda irəliləyiş əldə etmişik. Gələcək anlaşmanın mətninin önəmli yerləri də hazırlanıb. Ancaq ən çətin qərarlar hələ qarşıdadır. Hesab edirik ki, bütün məsələlərdə razılaşma əldə edilməlidir”, -deyə üç Avropa ölkəsi diplomatlarının yaydığı birgə açıqlamada vurğulanır.

Habelə atom razılaşmasının dirçəldilməsi ilə bağlı aparılan danışıqları həmahəng edən Avropa Birliyinin nümayəndəsi Enrike Mora juənin 2-də “Reuters” ajansına bildirib ki, o gələn həftə başlayacaq müzakirələrin sonrakı mərhələsində tərəflər arasında razılıq əldə olunacağına umudlu yanaşır.

“Mən inanıram ki, danışıqların sonrakı mərhələsində biz razılaşa biləcəyik”, -deyə Enrike Mora qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button