İran

İran cəmiyyətinin yüzdə 30-u Mütləq Yoxsulluq Xəttindən aşağı yerləşir.

İctimai Təmin Təşkilatının Ali Araşdırma Müəssisəsinin başqanı Ruzbeh Kərduni bildirib ki, ötən 20 ildə ölkə üzrə yoxsulluq və bərabərsizlik durumu öyrənilib və tezliklə onun raporu yayımlanacaq. Ötən 1396-cı ildən 98-ci ilədək 2 il ərzində Mütləq Yoxsulluq Xəttinin Şaxisi milli, bölgə, kənd və şəhər üzrə yüzdə 30-a çatıb. Bu araşdırma, bir bacarıqlı araşdırma timi tərəfindən olunub.

Kərduni eləcə də vurğulayıb: “bu önəmli rapor, tezliklə, Təavün, İş və İctimai Təmin vəziri vasitəsi ilə açıqlanacaq. Bu araşdırmada bəlli olub ki, 1392-ci ildən 96-cı ilədək Mütləq Yoxsulluq Xətti yüzdə 15-ə yüksəldiyi bir halda, 1396-cı ildən 98-ci ilədək yüzdə 30-a qalxıb”.

İranda Yoxsulluq Xəttindən aşağıda yerləşən cəmiyyətin sayının artması dövrdə Məclisin Milli Əmniyyət və xarici Siyasətlər Komisionun üzvü Heşmətullah Fəlahət Pişə “ötən 10 il ərzində İran 30 milyard dolar Suriyədə qalmasına xərcləməsini etiraf edib.

Ruzbeh Kərduni eləcə də deyib: “bu raporda ölkə üzrə yoxsulluq durumu fərqli yönlərdən araşdırılıb.”

Related Articles

Bir cavab yazın

Back to top button