Dünyaİran

Avstraliya İranda etirazların zorakılıqla yatırılmasını pislədi

Sentyabrın 27-i Avstraliya hökuməti Məhsa Əmininin acınacaqlı ölümündən sonra İranda nümayişçilərə qarşı şiddətli güc tətbiqini pisləyib.

“Məhsanın ölümünün təfərrüatları ilə bağlı narahatlığımızı Kanberradakı İran səfirliyi ilə bölüşmüşük”-deyə, Avstraliya hökumətin bəyanatında bildirilir.

Avstraliya İnsan Hüquqları üzrə Ali Komissar müavininin Məhsa Əminin ölümü ilə bağlı məsələnin onun ailəsinin ədalətə nail olmasını təmin edən müstəqil bir qurum tərəfindən dərhal və qərəzsiz araşdırılması tələbini dəstəkləyir, bu işdə məsuliyyət daşıyanların cəzalandırılmasını istəyir.

Bəyanatda Avsrtaliyanın İran hakimiyyətinin davam edən etirazları yatırmaq üçün sərt tədbirləri nəticəsində onlarla insanın həlak olması və yeniyetmələr də daxil olmaqla, çoxlu sayda insanın yaralanması ilə bağlı xəbərlərdən narahat olduğu qeyd olunub.

Avstraliya hökuməti İran xalqının etiraz aksiyaları keçirmək hüququnu dəstəklədiyini bildirib.

Bəyanatda həmçinin İran hökumətindən nümayişçilərə qarşı təmkinli davranması tələb edilib.

Related Articles

Bir cavab yazın

Back to top button