İran

Azərbaycalı yazıçı və tərcüməçi Mehdi Səlimi həbs olunub

İranda fəlsəfi əsərlərin yazıçısı, araşdırmaçı və tərcüməçisi Mehdi Səlimi Əhərdəki ata evində əmniyət məmurları tərəfindən tutuqlanaraq Tehranın Evin zindanına aparılıb.

Mehdi Səliminin qardaşı Cəlal Səlimi “Qardaşım Mehdi Səlimi bu gün, 17 tir saat 09:30 hüdudunda Əhərdəki ata evində tutuqlanaraq, dindirildikdən sonra Tehranın Evin zindanına aparılıb” deyə instaqram səhifəsində bildirib. “Ona qarşı irəli sürülən ittihamlar hələlik bəlli deyil” deyə vurğulayıb. Məlumata görə, tutuqlandığı vaxt ona aid bir sıra şəxsi əşyalar, o cümlədən əl telefonu, ləptabı və əl yazıları əmniyət məmurları tərəfindən müsadirə edilib. Xatırladaq ki, 1363-cü ildə Təbrizdə anadan olan Mehdi Səlimi İranın Yəzd Danişqahının “əl işləri” təxəssüsü üzrə karşinas dərəcəsini bitirib.Tehranda yaşayır. Azərbaycanlı yazıçı bir çox kitab və məqalələri tərcümə edib. Bununla paralel bir sıra roman, fəlsəfə kitablarla bağlı məqalələr və şərhlər yazıb.
Qeyd edək ki, Səlimi bir müddət “Zoğal” və “Art Callet” onlayn jurnalının sərdəbiri olub. Həmçinin, “Mindmotor” saytının sərdəbiri kimi də fəaliyət göstərib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close