Azərbaycan

AZƏRBAYCAN ORDUSU MÜASİR SİLAHLARA MALİKDİR

Azərbaycan Cumhurisinin Müdafiə vəziri, Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində verdiyi müsahibələrdə ordunun inkişafı, Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttindəki vəziyyətə dair geniş fikirlərini açıqladı. Vəzir bəzi məqamlara dair ilk dəfə olaraq fikir bildirdi. Bunu “Report”a açıqlamasında nizami mütəxəssis Ramil Məmmədli deyib.
O, bildirib ki, Zakir Həsənov 2013-cü ildən orduda başlayan islahatlara toxunaraq son 7 il ərzində Azərbaycan Ordusunun yenilənməsi – peşəkar və müasir ordular sırasına daxil olması üçün görülən işləri açıqlayıb və gedişin bu gün də davam etdiyini vurğulayıb: “Bununla vəzir cəmiyyətdə yaranan suallara aydınlıq gətirdi. Zakir Həsənovun açıqladığı məsələ isə düşməni narahat etməyə bilməz. Erməniləri narahat edən ordumuzun müasir hücum silahları ilə silahlanmasıdır. Məsələn, Müdafiə vəziri bildirib ki, Azərbaycan təkcə Rusiyadan və İsraildən hər biri ayrı-ayrılıqda 5 milyard dollar həcmində silah və texnika alıb. Habelə müdafiə sənayesi bəxşində dünyanın ən yaxşı şirkətlərinin məhsullarının alınması gedişatı isə indi də davam etdirilir. Bu, vacib məsələdir və Müdafiə vəzirinin cəmiyyət qarşısında bu rəqəmləri açıqlaması ərazilərimizi işğal altında saxlayan Ermənistana ciddi ismarıcdır. Vəzir bununla Azərbaycanın qüdrətinin Ermənistandan qat-qat yüksək olduğunu açıq şəkildə dünyaya bəyan etdi və bu müasir silahların düşməni məhv etmək üçün onların mövqelərinə tuşlandığına işarə etdi. Ən vacib məqam isə ordunun birmənalı şəkildə nizami əməliyyatlara tam hazır olmasının bəyan edilməsi idi. Zakir Həsənov müsahibəsində bir neçə dəfə Azərbaycan Ordusunun 2015, 2016, 2018-ci illərdə erməni nizami birləşmələrinə qarşı uğurlu əməliyyatlarını xatırladaraq bu cür zərbələrin davamlı olacağını istisna etmədi”-deyə Ramil
Məmmədli vurğulayıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close