Azərbaycan

Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər edə bilərlər

Bu gündən etibarən Azərbaycan Cümhuriyyətinin vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan vətəndaşının yeni nəsil kimlik vəsiqəsi ilə Türkiyəyə vizadan azad şəkildə səyahət edə biləcək. Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyə ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan gün müddətinə viza tələbindən azad edilirlər. Türkiyə ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə ərazisinə daxil olmaq üçün Azərbaycan vətəndaşları tərəfindən pasportların istifadə olunması məcburidir. Bu mənada Azərbaycan vətəndaşının yeni nəsil kimlik vəsiqəsi yalnız Azərbaycan ərazisindən Türkiyəyə birbaşa səyahətlər üçün istifadə ediləcək. Qeyd olunan sənədlər Türkiyə ərazisinə giriş tarixindən etibarən ən az otuz gün etibarlılıq müddətinə malik olmalıdır. Türkiyə vətəndaşları da yeni nəsil kimlik vəsiqəsi ilə Azərbaycana 90 gün müddətlik vizasız səyahət edə biləcək.

Related Articles

Bir cavab yazın

Back to top button