AzərbaycanDünya

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin cəsədini çıxarıb

Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.(Report)

Related Articles

Bir cavab yazın

Back to top button