Azərbaycan

AZƏRBAYCANDA MASK TAXMAQ İCBARİ OLDU

Bazar günü Azərbaycan Milli Məclisi İdari Təxəllüflər Qanununa düzəliş layihəsini təsvib edib və beləliklə, ölkədə koronavirusun yayılmasının qarşısının alınması üçün mask taxmaq icbari olub.
Qanuna edilmiş düzəlişə əsasən, Azərbaycan vətəndaşları ictimai yerlərdə xüsusi qərəntinə dövründə maskdan istifadə etmədikləri halda 50- 400 manat arasında cərimə olunacaqlar.
İdari Təxəllüflər Qanununa edilən düzəlişə görə, qərəntinə şəraitində maskdan istifadə etmədikləri halda, adi vətəndaşlar 50 manat, dövlət işçiləri 100 manat və hüquqi şəxslər 200 manat cərimə ediləcəklər və ikinci dəfə qanunu pozan adi vətəndaşlar 100 manat, dövlət işçiləri 200 manat və hüquqi şəxslər 400 manat cərimə olunacaqlar.
Azərbaycanda koronavirusa tutulma gedişatı bir ay öncədən fərqli olaraq, son həftələrdə artmaqdadır və ötən gün daha 248 nəfərin koronavirusa tutlması ilə, ölkədə virusa yoluxanların ümumi sayı 5494-ə çatıb.
Habelə bu günədək Azərbaycanda 63 nəfər koronavirusdan ölüblər.

Related Articles

Bir cavab yazın

Back to top button