İran

Tehranda Rusiya səfirliyinin binası üzərində “Putinə ölüm” şüarı yazılıb

Rusiyanın Tehranda yerləşən səfirliyinin divarının üzərinə ingilis dilində "Putinə ölüm" şüarı yazılıb.

“Aznews tv” xəbər verir ki, Ukraynada davam edən müharibə ilə əlaqədar İranın əmniyət gücləri səfirlik ətrafında təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Bunun əsas məqsədinin Rusiyanın Ukraynaya hücumuna qarşı səfirlik qarşısında mümkün etiraz mitinqinin qarşısını almaq olduğu deyilir.

Qeyd etmək lazımdır ki, müharibə başlayandan İran dolayısı ilə rəsmi Moskvaya dəstəyini nümayiş etdirib. İranın dövlət telekanalları, “Sepah”a bağlı xəbər agentlikləri və sosial şəbəkələrdəki səhifələr Rusiyaya dəstək olan xəbərlər tirajlayırlar. Buna etiraz edən İranin İslam Şurası Məclisinin sabiq sədr müavini Əli Mütəhhəri İran Dövlət Teleradio Şirkətini “Rusiyanın müstəmləkəsi qismində” xəbər yaymaqda ittiham edib.

Related Articles

Bir cavab yazın

Back to top button