İran

Azərbaycanın milli-mədəni fəalı üçün dədrəsiyə cəlb qərarı çıxarılıb.

Təbrizdə Azərbaycan xalqının Əl-Əhvaz xalqına himayə ilə ilgili  tutulmuş cənab Vəhid Əbhəri üçün dədrəsiyə cəlb qərarı çıxarılıb. Qərarı 15-ci Şöbənin müstəntiqi çıxarıb.

“Nizma qarşı təbliğ” və “məcazi məkanda müxabirat sistemləri yolu ilə xalqı qıcıqlandırma və kəskin davranmağa çağırma” cənab Vəhid Əbhəriyə vurulmuş ittihamlardır. Ona, birinci ittiham üzrə təqibin dayandırılması, ikinci ittihamla ilgili isə məhkəməyə cəlb qərarı çıxarılıb.

Vurğulayaq ki, İttilaat məmurları, Vəhid Əbhərini mədəni fəaliyyətlərinə görə 95-ci ildə öz şəxsi evində tutuqlayıb və 5 gündən sonra buraxıbdır. Habelə 96-cı ildə Babək Qalasına yürüşdə tutuqlanıb və 1 gün sonra azadlığa buraxılıbdır.

O, habelə Azərbaycan xalqının milli münasibətləri, Qulamrza Əmaninin ölümünün ildönümü mərasimində və  benzinin bahalaşmasına görə, küçə etirazlarında, eləcə İkinci Qarabağ Döyüşlərində Azərbaycan Cümhuriyyətini dəstəkləməyi ilə ilgili küçə toplaşmalarında tutuqlanıb.

Vəhid Əbhəri,  Güney Azərbaycan xalqının ötən aylarda Əl-Əhvaz xalqına dəstək aksiyalarında başqa milli fəallar Nadir Sədəqiani, Yusif Şələhşur, Əmir Səttari, Şahin Bərzgər və Məhmməd Mərdi ilə birlikdə tutuqlanıb və təxminən 20 gün İttilaat vəzirliyinin tək-adamlıq sellularında saxlanılıb və vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azad olunub.

Related Articles

Bir cavab yazın

Back to top button