İran

Azərbaycanlı fəal Yaşar Piri həbs edilib

Təbrizdə yaşayan azərbaycanlı mədəni fəal Yaşar Piri həbs edilib. Belə ki, fəal fevriyyənin 21-də İranın əmniyyət qüvvələri tərəfindən tutuqlanıb. Yaşar Pirinin nə üçün həbs edildiyi və harada saxlanıldığı barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, azərbaycanlı fəal daha öncə İranın əmniyyət qüvvələri tərəfindən tutularaq mühakimə olunub. O, 2012-ci ilin avrilində Urmu gölünün ekoloji durumu ilə ilgili aidiyyəti qurumlara etiraz edib. Nəticədə fəal “ümumi nəzmi pozduğuna” görə 3 ay həbs və 30 şallaq cəzasına məhkum edilib.
Yaşar Piri, habelə 17 novambr 2019-cu ildə qardaşı Ruzbeh Piri ilə birlikdə aban etirazları zamanı tutuqlanıb. Bundan sonra isə o, Sepahın Təbrizdə yerləşən İttilaat İdarəsinə aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button