Azərbaycanİdman

Azərbaycanlı güləşçi dünya çempionatına erməni üzərində qələbə ilə başladı

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Aznews.tv “Oxu Az” saytına istinadən xəbər verir ki, xəbər verir ki, altıncı yarış günündə son dörd yunan-Roma güləşi üzrə idmançımız mübarizəyə qoşulub.

Bunlar Əsgər Əlizadə (-60 kq), Namaz Rüstəmov (-67 kq), Sənan Süleymanov (-72 kq) və Arif Niftullayevdir (-97 kq). Artıq Namaz Rüstəmov ilk görüşünü keçirib. O, təsnifat görüşündə Rusiyanı təmsil edən erməni Alen Mirzoyanla qarşılaşıb. İdmançımız 3:5 hesabı ilə uduzsa da, təkrara baxıldıqdan sonra Namazın iki xal qazandığı görünüb. Nəticədə hakim daha iki xalı idmançımıza verib. Hesab 5:5 olduğundan və belə başa çatdığından, son xal prinsipinə əsasən idmançımız qalib elan edilib.

Qeyd edək ki, bu gün Zaur Əliyev (-55 kq) bürünc medal görüşünə çıxacaq.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close