Azərbaycan

AZƏRBAYCAN AVROPA KONVENSİYASINI PROTOKOLUNU İMZALAYIB

Azərbaycan İnsan hüquqlarının və əsas azadlıqların qorunması haqqında Konvensiyanın 16 saylı Protokolunu imzalayıb.

Mərasim Strasburqda Avropa Şurasının Baş dəbiri Mariya Peyçinoviç Buriçin iştirakı ilə baş tutub.

Sənədi Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov imzalayıb.

Mərasimindən sonra Fəxrəddin İsmayılov Avropa Şurasının Baş Dəbiri ilə görüşüb. Görüşdə 16 saylı Protokolun imzalanması Azərbaycanın Konvensiya sisteminə sadiqliyinin göstəricisi olan vacib hadisə kimi qiymətləndirilib və bu sənədin yaradacağı məsləhət almaq imkanının Azərbaycanda insan hüquqlarının qorunmasına əlavə pay verəcəyi qeyd olunub. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sənəd Milli Məclis tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Protokol Azərbaycanın ən yuxarı nüminə məhkəmələrinə Konvensiyada və onun protokollarında müəyyən olunan hüquqların və azadlıqların şərhi və ya tətbiqi ilə bağlı prinsip karakterli məsələlərlə ilgili məsləhət rəylərinin verilməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək imkanı təqdim edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button