Azərbaycan

BAKIDA NATO-NUN GÖRÜŞÜ KEÇİRİLİB

Azərbaycan Ordusunun nizami təhsil sisteminin təlim-tədris sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə işləmə planına uyğun olaraq difa təhsilinin genişləndirilməsi proqramı çərçivəsində NATO-nun uzman qrupu ilə Bakıda işçi görüşü keçirilib.

Bu barədə Difa vəzirliyindən məlumat verilib.

Silahlı Qüvvələrin nizami Akademiyasında Difa Vəzirliyi ilə birliyin nizami təhsil mütəxəssisləri arasında keçirilən görüşdə Azərbaycan Ordusunda 2021-ci il ərzində nizami təhsil sahəsində həyata keçirilən fəaliyyətlər müzakirə edilib.

Habelə yeni il üçün tədbirlərin planlaşdırılması və icrası məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, yeni perspektivlər nəzərdən keçirilib, əməkdaşlıq planları təhlil edilib.

Sonra qonaqlar Heydər Əliyev adına Azərbaycan Ali Niazami Məktəbində olublar. Burada nizami təhsil sisteminin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, nizami təhsilin metodoları üzrə bir sıra məsələlər müzakirə edilib, bu sahədə qazanılmış təcrübə üzrə qarşılıqlı mətbuat təqdim olunub.

Related Articles

Bir cavab yazın

Back to top button