
“Onların edam hökmləri, həmçinin Respublika Ali Məhkəməsində apellyasiya baxışında təsdiqlənib.
Məhkumların hücumun planlaşdırılmasında və əsas həmlə edənin himayəsində birbaşa rolları olub, ona görə də tezliklə dara çəkiləcəklər”, – Musəvi iyulun 6-da verdiyi açıqlamada deyib.
Qeyd edək ki, Ramiz Rəşidi və Nəim Haşım Qəttali mart ayının 18-də baş verən “Şah Çıraq Hərəminə həmlə işində” 2 əsas müttəhimdirlər.
Onlar “yer üzündə fitnə-fəsad yaymaq”, “sistemə qarşı silahlı üsyan” və “respublikanın təhlükəsizliyinə qarşı hərəkət” ittihamları ilə edama məhkum olunublar.