Dünya

Azərbaycan-Türkiyə hərbiçilərinin təlimləri baş tutacaq

Azərbaycanla Türkiyə arasında nizami əməkdaşlıq haqqında sazişə əsasən, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Bakıya gəlməsi münasibətilə təntənəli qarşılama mərasimi keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin nizami hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub. Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məlumata görə, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları, habelə nizami hava qüvvələrinin iştirakı ilə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Təlimlərin culayın 29-dan aqustun 10-dək keçirilməsi planlaşdırılıb. Bu barədə difa vəzirliyindən məlumat verilib. Təlimlərə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, top qurğuları və minatanları cəlb ediləcək. Habelə nizami Hava Qüvvələrinin döyüş, nəqliyyat helikopterləri, hava hücumundan difa və zenit-raket bölmələri iştirak edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button