Dünya

Mayk Pompeo: “İrana qarşı basqılar artırılacaq”

“Terorçuluğa himayətini və qeyri-sabitlik yaradan addımlarını dayandırmaq üçün İrana basqılar artacaq”. Bu sözləri Amerikanın xarici işlər vəziri Mayk Pompeo deyib. Məlumata görə, Amerika İrana qarşı basqı siyasətini təhrimlərin sərtləşdirilməsi və başqa diplomatik tədbirlər vasitəsilə davam etdirir. Məqsəd İranın atom silahı əldə etməsinin qarşısını almaq və bölgəsəl təsirini kontrolda saxlamaqdır. Belə ki, Amerika bu ilin oktobrında başa çatacaq İrana qarşı silah təhriminin müddətini uzatmağa çalışır. Xatırladaq ki, 3 ay öncə “New York Times” qəzeti Pompeonun İrana basqıları artırmaq üçün çətin bir tərh çərçivəsində qanun layihəsi hazırladığını xəbər verib. Qanuna görə, Amerika Əmniyət Şurasında İrana qarşı silah təhrimini uzada və ya maşə mekanismini işə sala bilər. Habelə, Amerikanın İran üzrə xüsusi numayəndəsi Brayan Huk İranın təhdidlərini müzakirə etmək üçün ölkənin bölgəsəl tərəfdaşları ilə Orta Şərqə səfər edib.

Related Articles

Bir cavab yazın

Back to top button