Azərbaycan

Azərbaycan Xarici İşlər vəzirliyi Paşinyana cavab verib

Xarici İşlər vəzirliyinin  Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Təhlükəsizlik Şurasının iclasında Baş vəzir Nikol Paşinyanın söylədiklərini şərh edərək bildirib ki, son zamanlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür.

“Belə ki, ötən həftə, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın şəhristanının Qaragöl yönündə Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində toplaşması, 13 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin Kəlbəcər şəhristanındakı Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, habelə 14 noyabrda Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədinin Laçın şəhristanı istiqamətində cəmlənərək növbəti təxribata hazırlığına cavab olaraq Azərbaycan tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Vurğulayırıq ki, Azərbaycan nizamiləri ölkəmizin müstəqil ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər.

Eləcə də, xatırladırıq ki, mövcud gərginliyə görə başlıca məsuliyyət birbaşa Ermənistanın nizami-siyasi rəhbərliyinin üzərinə düşür”.

 

Related Articles

Bir cavab yazın

Back to top button