İran

Təbrizin Fərş bazarında iqtisadi durğunluq var

Təbrizdə fərş bazarınin iqtisadi əhvalı bu günlər elə də yaxşı deyil.

Təbrizin Əldə toxuma Fərş Ürətənlər və Toxuyanlar Birliyinin başqanı Əhəd Əzimzadənin açıqladığına görə, hal-hazırda bu sahədə çalışanların 200 min nəfərdən, habelə peşələri dolayısı ilə bu sahədə olan 500 min nəfərdən yüzdə 30-u, Doğu Azərbaycanın fərş ürətim sahəsindən ayrılıblar.

7 il öncəyədək, Əyalətdə hardasa 90 min ailə xalça toxuma sahəsindən sığortalanmışdı, amma indi sığorta sayı artmaq əvəzinə 50 min ailənin sığortası kəsilib və Əyalət üzrə ancaq 40 min ailə fərş toxuma sığortası ilə təmin olunurlar.

İrandan fərş sadiratı, 1395 və 96-cı illərdə hardasa 400 milyon dolar idi, amma bu rəqəm 97-ci ildə 70 milyon dolara, sonra 99-cü ildə 53 milyon və bu ilin ilk 3 ayında 9 milyon dolara enib.

Related Articles

Bir cavab yazın

Back to top button