Azərbaycan

Azərbaycanda milli dirçəliş günüdür

Hər il bu gün noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş Günüdür.

Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Həmin vaxt Şu:rəvi rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda Ziddi-Şurəvi xalq hərəkatı qurulub. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan keçmiş Lenin meydanı “Azadlıq”da Azərbaycan millətininm uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər Şurəvinin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan millətinin milli azadlıq hərəkatının qarşısını ala bilmədi.

1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi quruldu. Elə həmin ilin sentyabrında Ali Şuranın Azərbaycanın milli hakimiyyəti haqqında anayaa ənədini qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinqə qatılanların qarşı ağır zirehli teknika və odlu silahdan istifadə edildi. Yüzlərlə etirazçıları və dinc sakin qətlə yetirildi. Amma bu hadisə millətimizin milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.

1990-cı il seçkilərində Azərbaycan Xalq Cəbhəsi rəhbərlərinin əksəriyyəti Ali şura numayəndə səlahiyətini qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin iyununda isə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Cumhurisi müstəqilliyinə real təhlükə olan Şurəvi qoşunları Azərbaycandan çıxarlıdı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Cumhurisinin Ali Şurasında yeni tərkibdə ilk iclas keçirildi. Muxtar Cumhurisinin adından “ŞURƏVİ” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “ŞURƏVİ” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi yöndə ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin başçılığı ilə keçirilən həmin tarixi iclas Muxtar Cumhurinin dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Millət nümayəndələrinin müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran toplantı onun dövlət bayrağı kimi qəbul edilməsi ilə ilgili Azərbaycanın Ali Şurası qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub.

Related Articles

Bir cavab yazın

Back to top button