İran

Azərbaycanlı fəal Abbas Lisaninin həbs müddəti azaldılmadı

Ərdəbil İnqilab Məhkəməsinin müavini Abbas Lisaninin həbs cəzasının azaldılması üçün müvafiq qanununun tətbiq ediməsini istəyib. Ancaq Təcdid Nəzər məhkəməsi bu istəyi qəbul etməyib. Belə ki, “Həbs cəzasının azaldılması” qanununun 2-ci, “İslam Cəza” qanununun 18-ci maddəsinin B və T bəndləri, törədilən cinayətin zərərli nəticələri, məhkumun qeydləri və şəxsi vəziyyətinə görə bu istəyin qəbul edilmədiyi açıqlayıb. Bildirək ki, Ərdəbilin məhkəmə məsulları 1397-ci ilin 25 deyindən bəri əsassız iddialarla azərbaycanlı fəal Abbas Lisaninin cəza müddətini uzatmağa çalışırlar. Qeyd edək ki, Lisani Ərdəbilin İnqilab Məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgün cəzsına məhkum edilib. Beynəlxalq Əfv Təşkilatı dəfələrlə fəalın dinc fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İran hakimiyyətini azərbaycanlı məhbusu dərhal azadlığa buraxmağa çağırıb. Ancaq heç bir nəticə əldə olunmayıb. Abbas Lisani hazırda Ərdəbil zindanında saxlanılır və sağlıq durumu ilə bağlı nigaranlıqlar var.

Related Articles

Bir cavab yazın

Back to top button