İran

Mədəni fəal Səccad Şəhiri ilə bağlı həbs qərarı təsdiqlənib

Qərbi Azərbaycan təcdid-nəzər Məhkəməsinin 1 saylı şöbəsi Səccad Şəhiri ilə bağlı qərar verib. Belə ki, məhkəmə Sulduz sakini olan mədəni fəalla ilgili çıxarılmış 6 aylıq həbs cəzasını təsdiqlənib. Fəalın vəkili Əsgər Məhəmmədiyə göndərilən bildirişdə məhkumun etiraz şikayətinin rədd edildiyi bildirilib. Bununla da verilən qərar qüvvədə qalıb və hökm qəti şəkildə elan edilib.
Qeyd edək ki, ötən il Sulduz şəhərinin ikinci Cəza Məhkəməsinin 103 saylı şöbəsi Səccad Şəhirini “rejimə qarşı təbliğat” ittihamı ilə təqsirləndirib. Azərbaycanlı fəal 16 janviyə 2020-ci ildə Sulduzun itillat qüvvələri tərəfindən saxlanılıb. O, həmin il marsın 2-də dindirmə prosesi bitdikdən sonra Təbriz ittilaat təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb. Fəal 500 milyon tümənlik girov qarşılığında Təbriz zindanından müvəqqəti azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button