az

Azərbaycanlı fəal Evin həbsxanasının təhlükəsizlik bölməsinə köçürüldü

İyunun 10-da Tehranda özünün şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilən tanınmış ictimai fəal və insan haqları müdafiəçisi Yaşar Təbrizi Evin həbsxanasının 209 nömrəli təhlükəsizlik bölməsinə köçürülüb.

Bu barədə məlumat verən insan haqları təşkilatları, fəalın təhlükəsizlik bölməsinə köçürülməsinin ona qarşı yeni ittihamların irəli sürüləcəyi barədə ehtimalları artırdığını yazıblar.

Yaşarın yaxınları və ailə üzvlərinin müraciətlərinə baxmayaraq, onun həbs səbəbi və ittihamları barədə açıqlama verilməyib.

Qeyd edək ki, Yaşar Təbrizi bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və uzun müddət məhkumluq dövrü yaşayıb.

O, xüsusilə SEPAH tərəfindən vurulan Ukrayna təyyarəsinin qurbanları ilə bağlı apardığı fəaliyyətlərə və bu barədə məlumatları ictimailəşdirdiyinə görə təzyiqlərə məruz qalıb.

Yaşar Təbrizi yanvar ayının 8-də SEPAH-ın Ukrayna təyyarəsini vurduğu yerdə çəkdiyi, terror qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

İctimai fəal və hüquq müdafiəçisi dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button