Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri teleqramda məlumat yayıb.
Reportun məlumatına görə, ölkənin şərq və cənub bölgələrində hava xəbərdarlığı elan olunub.
Hərbi Hava Qüvvələri Zaporojye, Dnepropetrovsk və Donetsk vilayətlərində raket təhlükəsi barədə xəbərdarlıq edib.
Daha sonra Odessa və Nikolayev vilayətlərində raket təhlükəsi barədə məlumat verilib.
Rusiyanın ballistik raket hücumu təhlükəsi Xarkov, Donetsk və Luqansk vilayətlərində də açıqlanıb.