İran

Azərbaycanlı fəal Kiyanuş Aslani məzuniyyətə buraxılıb

Azərbaycanlı milli-mədəni fəal Kiyanuş Aslani mürəxəsiyə buraxılıb. Tehranın Evin zindanında saxlanılan siyasi məhbus ordibeheştin 1-də 350 milyon tümənlik vəsiqə qarşılığında 20 günlük azadlığa buraxılıb.
Qeyd edək ki, azərbaycanlı fəal Kiyanuş Aslani Tohid Əmir Əmini ilə birlikdə 1 isfənd 1397-ci ildə Dünya Ana Dili Günü münasibəti ilə Tehranda keçirilən mitinqdə tutuqlanıb. Onlar Tehran İnqilab Məhkəməsində “milli əmniyyəti pozmaq hədəfi ilə toplaşmaq və əlbir olmaq” , habelə “dövlətə qarşı təbliğat” ittihamları ilə təqsirləndiriliblər. Məhkəmənin qərarına əsasən, Əmir Əmini 7 il 6 ay, Kiyanuş Aslani isə 5 il həbsə məhkum olunub. Bundan başqa, Kiyanuş Aslani 2 il müddətinə qeyri-hökumət təşkilatlarına üzv olmaq hüququndan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button