İran

Milli fəal Mehdi Səlimi məhkəməyə çağırılıb

Güney azərbaycanlı yazıçı Mehdi Səlimiyə məhkəməyə çağırılması ilə bağlı bildiriş göndərilib. Bildirişdə məhkəmə prosesinin ordibeheştin 20-si Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçiriləcəyi qeyd olunub. Bildirək ki, Mehdi Səlimiyə qarşı “rejimə qarşı təbliğ”, “insanları əxlaqsızlığa sövq etmək”, “ölkənin əmniyyətinə qarşı fəaliyyətdə iştirak etmək” və “dini müqəddəsləri təhqir etmək” kimi əssasız ittihamlar irəli sürülüb. O, cinsiyyət teorisi barədə tanınmış bilim adamlarının əsərlərini tərcümə etməsi, habelə bir sıra elmi və araşdırma məqalələr yazması səbəbilə “əxlaqsızlığı yaymaq” iddiası ilə təqsirləndirilir. Xatırladaq ki, milli fəal keçən il tirin 17-də Əhər şəhərindəki atası evində İttilaat Baxanlığının məmurları tərəfindən tutuqlanıb. Bu zaman yazçının bir sıra şəxsi əşyaları da müsadirə edilib. Səlimi mordadın 27-də 500 milyon tümənlik zəmanət qarşısında azad edilib. Məlumata görə, fəal tutulduqdan sonra Təbrizə, daha sonra Evin zindanındakı İttilaat Baxanlığına aid 209-cu bölməyə aparılıb. Azərbaycanlı yazıçı iki həftə bu bölmədə dindirildikdən sonra zindanın ümumi bölməsinə köçürülüb. Bildirək ki, 1363-cü ildə anadan olan Səlimi Yəzd Danişqahında təhsil alıb. O, “Zoğal” onlayn jurnalının sərdəbiri, “Mindmotor” saytının idarəçisi olub. Azərbaycanlı yazıçı bir çox kitab və məqalələr tərcümə edib. Mehdi Səliminin “nəzəri zorakılıq” adlı məqalə toplusu və “Siyavuşlar mərsiyəsi” adlı romanı çap edilib. Fəal bir sıra roman, fəlsəfə kitabları ilə bağlı məqalələr və şərhlər yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button