azİran

Azərbaycanlı fəal Səccad Şəhiri 6 ay həbs cəzasına məhkum edilib

Qərbi Azərbaycan ustanının Sulduz şəhərində yaşayan azərbaycanlı fəal Səccad Şəhiri 6 ay həbs cəzasına məhkum edilib. Hökm Qazi Əmir Kiumərsinin rəisliyi ilə Sulduz şəhər Cinayət Məhkəməsinin 103 saylı şöbəsi tərəfindən çıxarılıb. Qərara əsasən, Səccad Şəhiri İslam Cəza Qanununun 18, 19 və 500-cü maddələri ilə “rejimə qarşı təbliğat” iddiası ilə ittiham edilib. Fəal İranın yeni Cinayət Daadrəsi Qanununun 4-cü, İslam Cəza Qanununun 120-ci, Ana Yasanın 37-ci maddəsi ilə “qanunsuz GAMAC təşkilatına üzv olmaq” ittihamından bəraət qazanıb.
Bildirək ki, çıxarılan hökm Cinayət Daadrəsi Qanununun 380-ci maddəsinin 2-ci qeydinə əsasən müttəhim Şəhiriyə yazılı şəkildə bildirilməyib. O, yalnız bu qərardan bəzi qeydlər götürə bilib.
Qeyd edək ki, mədəni fəal Səccad Şəhiri barəsində Seyid Əli Musəvinin rəislik etdiyi Təbriz şəhər Ümumi Bazporsi İdarəsinin 16-cı şöbəsində “rejimə qarşı təbliğat” və “GAMAC təşkilatına üzv olmaq” ittihamı irəli sürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button