İran

Həmədanda Tibb Universitetinin əməkdaşları koronavirusa yoluxublar

Həmədan Ustanı Sina adına Tibb Elmləri Danişqahının 2 484 işçisi koronavirusa yoluxub, 2 nəfər isə həyatını itirib. Bu barədə danişqahın rəisi doktor Rəşid Heydəri Müqəddəm məlumat verib. O, bildirib ki, indiyədək ustan mərizxanalarına 8 237 nəfər yerləşdirilib. Son 24 saatda isə 73 nəfər virus daşıyıcısı mərizxanaya müraciət edib. Məlumata görə, ustanda koronavirus qurbanlarının sayı 1 110 nəfərə yüksəlib.
Qeyd edək ki, Həmədan mərizxanalarında məriz yatağı çatışmazlığı yaşanır. Hazırda ustanda 3 210 məriz yatağı var.

Related Articles

Bir cavab yazın

Back to top button