İran

İsrail Sipahın Suriyadakı mövqelərinə hava hücumları edib

İsrail ordusu bu gün səhər Sipahın Suriyadakı mövqelərinə hücum edib. İsrail ordusunun verdiyi açıqlamaya görə, İsrail qüvvələrini hədəf almaq üçün Suriya ilə mərz bölgədə partlayıcı maddələr yerləşdirilib. Bu olaydan sonra İsrail qüvvələri tərəfindən hava hücumları həyata keçirilib. İsrailin nizami təyyarələri hücum zamanı anbarlara, fərmandehlik istqahlarına, nizami müctəmələrə və yer-hava növlü raket sistemlərinə zərbələr endiriblər. Suriyanın SANA dövlət xəbər ajansı da çərşənbə günü bir nizami mənbəyə istinadən İsrailin hava hücumu nəticəsində üç Suriya nizamisinin öldüyünü bildirib. Bu hərbi mənbə, eləcə də bir nizaminin yaralandığını qeyd edib. Bir neçə saat öncə SANA xəbər ajansı Suriyanın hava hücumundan difa sistemlərinin İsrailin Dəməşqə hava zərbəsinin qarşısını alması barədə məlumat verib.

Related Articles

Bir cavab yazın

Back to top button